"Beynəlxalq hüquq baxımından ABŞ Prezidenti Co Baydenin 1915-ci il hadisələri ilə bağlı işlətdiyi "soyqırım" ifadəsi heç bir praktiki təsirə malik deyil".
Modern.az xəbər verir ki, bunu Türkiyənin keçmiş xarici işlər naziri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Yaşar Yakış deyib.
Onun sözlərinə görə, bu mövuzunu əhatə edən əsas vasitə "Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" 1948-ci il Konvensiyasıdır:
"Bu konvensiyaya əsasən, soyqırım cinayətinin törədilməsini müəyyənləşdirən iki qurum mövcuddur: səlahiyyətli beynəlxalq cinayət məhkəməsi və soyqırım cinayətinin törədildiyi ölkənin məhkəməsi. 1915-ci il hadisələri ilə bağlı iş beynəlxalq məhkəməyə verilə bilməz, belə ki, konvensiya özündən əvvəlki hadisələrə tətbiq oluna bilməz", - deyə Yaşar Yakış bildirib.