Modern.az

Türkiyə tam qapanmaya gedir

Türkiyə tam qapanmaya gedir

26 Aprel 2021, 21:12

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərinin nəticəsini daha təsirli hala gətirmək üçün aprelin 29-u yerli vaxtla saat 19.00-dan (Bakı vaxtı ilə 20.00) mayın 17-si saat 5.00-dək ölkədə “tam qapanma!” rejimi tətbiq olunacaq.

 

Modern.az xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə hökumətinin növbəti iclasından sonra ictimaiyyətə müraciətində deyib.

 

Gündəlik yoluxma sayının 5 min nəfərə endirilməsini COVID-19 virusu ilə mübarizədə mühüm hədəf kimi dəyərləndirən dövlət başçısı bildirib ki, belə olmazsa turizm, ticarət və təhsil də daxil olmaqla bütün sahələrdə ağırlaşmış vəziyyətlə üz-üzə qala bilərik.

 

Qeyd edək ki, Türkiyədə koronovirusla mübarizə tədbirlərinin icrasını Daxili İşlər Nazirliyi (DİN) həyata keçirir. Hələlik “tam qapanma!” rejiminin şərtləri elan edilməyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə