Modern.az

BNA paytaxtın bəzi küçələrində svetoforlar quraşdırır  

BNA paytaxtın bəzi küçələrində svetoforlar quraşdırır  

Aktual

27 Aprel 2021, 10:45

Paytaxtın küçə və prospektlərində piyadaların hərəkət təhlükəsizliyi səviyyəsinin artırılması işləri davam etdirilir.

 

Bakı Nəqliyyat Agentliyindən (BNA) Modern.az-a verilən məlumata görə, bu çərçivədə bir neçə təhsil müəssisəsinin yerləşdiyi Rəşid Behbudov küçəsi 55 ünvanında mövcud eyni səviyyəli piyada keçidinin nizamlanması üçün svetofor obyekti quraşdırılıb. 

 

Nəticədə, təhlükəsizlik səviyyəsi artırılıb, hərəkət növbəliliyi təmin edilib. Həmçinin, əlilliyi olan şəxslərin rahatlığı üçün panduslar inşa olunub, svetofor dirəklərində çağırıcı qurğular yerləşdirilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə