Modern.az

Karantini pozan idman zalında 56 nəfər cərimələndi - VİDEO

Karantini pozan idman zalında 56 nəfər cərimələndi - VİDEO

Aktual

27 Aprel 2021, 11:20

Nəsimi Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən xüsusi karantin rejimi ilə əlaqədar olaraq həyata keçirilən nəzarət tədbirləri zamanı fəaliyyətinə müvəqqəti icazə verilmədiyi halda müştərilərə xidmət göstərən daha bir obyekt aşkar edilib.

 

Daxili İşlər Nazirliyindən (DİN) Modern.az-a verilən məlumata görə, keçirilən əməliyyat zamanı rayon ərazisində yerləşən “Anderqraund” adlı idman zalının xüsusi karantin rejiminin tələblərini pozaraq müştəri qəbul etdiyi müəyyənləşib.

 

Obyektə baxış zamanı orada olan ümumilikdə 56 nəfər şəxsin karantin rejiminin tələblərini pozması aşkar edilib. Həmin şəxslərdən “Covid 19” virusunun yoxlanılması məqsədi ilə test nümunələri götürülüb. Onların hər biri barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə protokollar tərtib edilib və cərimələniblər. Obyektin icarədarı Rafiq Günəşov barəsində isə Nəsimi RPİ-də araşdırmalar davam etdirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə