Modern.az

“Qalatasaray”da koronavirus şoku

“Qalatasaray”da koronavirus şoku

Aktual

27 Aprel 2021, 12:36

“Qalatasaray” klubunda 3 futbolçunun koronavirus testi müsbət çıxıb.

Modern.az xəbər verir ki, bu barədə klub öz Tvitter hesabında məlumat yayıb.

Məlumatda qeyd edilib ki, bazar ertəsi günü “Qalatasaray” futbol komandasının oyunçuları, texniki heyət, inzibati və köməkçi işçilər üçün COVID-19 testi keçirilib. 3 nəfərin test nəticəsi müsbət olub. Bu gündən oyunçuların müalicə  və karantin müddəti başlayıb.

Aysel Məhərrəmova

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə