Ukraynada koronavirusun üçüncü dalğası başa çatıb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Ukraynanın Səhiyyə naziri Maksim Stepanov ölkəsinin yeni növ koronavirus (Covid-19) epidemiyasının üçüncü dalğasından çıxmağa başladığını, epidemiyanın üçüncü dalğasının ən çətin dövrünü keçdiklərini vurğulayıb.
Qeyd edək ki, ölkədə son 24 saat ərzində 7 min 915 nəfər virusa yoluxub, 432 nəfər ölüb.
Mehri QURBAN