Modern.az

Baş nefroloqdan böyrək xəstələri lə bağlı XƏBƏRDARLIQ

Baş nefroloqdan böyrək xəstələri lə bağlı XƏBƏRDARLIQ

Aktual

27 Aprel 2021, 13:04

“Xroniki böyrək xəstəlikləri, xüsusi ilə dializ müalicəsi alan və transplantasiya olunmuş xəstələr COVID-19 risk qrupuna daxildir”.

Modern.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş nefroloqu Fariz Babayev bildirib.

 

Nefroloq qeyd edib ki, xəstəliyin vaxtında müalicə olunması üçün həkimə müraciət etməli, yanaşı olaraq şəkərli diabet və hipertoniya xəstəliyi varsa, onların dərman korreksiyasına nail olmalı, hər hansı simptom baş verərsə dərhal həkimə müraciət etməlidir:

“Həm kəskin həm də xroniki böyrək xəstələri eyni dərəcədə COVID-19 risk qrupuna aiddir. Amma xroniki xəstəliyi olanlar daha çox həssas qrup hesab edilir.

Böyrək xəstəlikləri olan xəstələrdə COVID-19 infeksiyası baş verərsə, müalicə tədbirləri anoloji qaydada aparılır, lakin bəzi preparatların istifadəsinin həkim-nefroloq tərəfindən korreksiya edilməsi məsləhətdir”.

 

Onun sözlərinə görə, həm xroniki böyrək xəstələri, həm dializ alan xəstələr, həm də transplantasiya olunanlara vaksinasiya tövsiyə olunur:

 

“Lakin arterial hipertensiya və şəkərin qandakı miqdarının nəzarəti aparılmalıdır. Xroniki böyrək xəstələri, dializ alan və transplantasiya olunan xəstələr xüsusilə məsuliyyətli olmalı, xəstəliyin ən az əlamətlərinə şübhə olduğu halda izolyasiya olunmalı və həkimə müraciət etməlidir. Əsasən də dializ olunan və transplantasiya əməliyyatı keçirmiş xəstələrdə daim immunodefisit vəziyyət olduğu üçün bu qrup xəstələrin ətraf ictimai mühitlə təmasları minimuma endirilməlidir”.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə