AstraZeneca peyvəndi Malayziyada artıq 60 yaş və yuxarı şəxslər üçün istifadəyə veriləcək.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Səhiyyə naziri Ethem Baba peyvəndin qan lağtalanması yaratdığını, lakin araşdırmalara görə virusdan qoruma qabiliyyətinin digərlərinə nisbətən daha yüksək olduğunu bildirib.
Səhiyyə nazirinin sözlərinə görə, vaksinasiya aprel ayından avqusta qədər davam edəcək. İkinci mərhələdə isə 60 və yuxarı yaş kateqoriyasından olanlara vaksin vurulacaq.
Qeyd edək ki, əhalisi 32 milyona yaxın olan Malayziyada hökumət bu günə kimi Pfizer-BioNTech, AstraZeneca, Sinovac, CanSinoBIO və Sputnik V vaksinlərindən istifadə edib.
İndiyə qədər ümumilikdə 1 milyon 335 min 245 insana peyvənd vurulub.
Nəzrin Vahid