Modern.az

Ermənistan sülhməramlıların Qarabağda qalma müddətinin uzadılmasını İSTƏYİR

Ermənistan sülhməramlıların Qarabağda qalma müddətinin uzadılmasını İSTƏYİR

Dünya

29 Aprel 2021, 14:14

Ermənistan Rusiyanın Dağlıq Qarabağda yerləşdirdiyi sülhməramlı missiyanın mandatının uzunmüddətli olmasını istəyir.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistanın Təhlükəsizlik Şurasının Baş katibi Armen Qriqoryan Düşənbə şəhərində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının iclasında söyləyib.

“Hesab edirik ki, indiki məqamda rusiyalı sülhməramlıların Dağlıq Qarabağda uzunmüddətli əsasda yerləşməsini təmin etməliyik. Onların mövcudluğu regionda sülhə və erməni əhalisinin təhlükəsizliyinə xidmət edəcək”- deyə Qriqoryan söyləyib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
QIZĞIN DEBAT! Mehdiyev işi hansı gizli sirləri açır?