Goranboy rayon İcra Hakimiyyətinin başçısı Goranboy-Yuxarı Ağcakənd avtomobil yolunun bərpa-tikinti işləri ilə yerində tanış olub.
Modern.az xəbər verir ki, Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev rayonun digər rəhbər şəxsləri ilə birgə, Goranboy-Yuxarı Ağcakənd avtomobil yolunun Yuxarı Ağcakənd hissəsində aparılan bərpa-tikinti işləri ilə yerində tanış olub.
İcra Başçısı işlərin icrasını həyata keçirən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nümayəndələri ilə görüşüb, görülən işlərlə bağlı müzakirələr aparılıb.