Modern.az

Azərbaycan XİN İsrailə başsağlığı verdi

Azərbaycan XİN İsrailə başsağlığı verdi

Aktual

30 Aprel 2021, 12:42

Azərbaycan Xarici İşlər Nazirliyi Meron dağı yaxınlığında keçirilən Laq Ba-omer dini tonqal qalama mərasimi zamanı yaranan izdihamda 44 nəfərin ölümü ilə bağlı İsrailə başsağlığı verib.

 

Modern.az xəbər verir ki, bu barədə XİN-in rəsmi "twitter"  hesabında paylaşım edilib.

 

Paylaşımda deyilir:

 

"Bu xəbərlər bizi çox kədərləndirdi. Dəhşətli hadisədə həlak olanların ailələrinə, eləcə də İsrail hökumətinə və xalqına dərin hüznlə başsağlığı veririk. Yaralılara şəfa diləyirik".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə