Modern.az

Azad olunan ərazilərin qazlaşdırılması ilə bağlı qruplar yaradıldı

Azad olunan ərazilərin qazlaşdırılması ilə bağlı qruplar yaradıldı

Aktual

30 Aprel 2021, 12:53

İşğaldan azad olunan ərazilərin qazlaşdırılması prosesi ilə əlaqədar Prezident Administrasiyası tərəfindən müəyyən edilən xüsusi qruplar yaradılıb.

Modern.az-ın məlumatına görə, bunu “Azəriqaz” İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyev deyib.

O bildirib ki, “Azəriqaz” İstehsalat Birliyi də Energetika Nazirliyinin tərkibində olan qrupda fəaliyyətini davam etdirir:

"Həmin işçi qrupda bizim nümayəndələr də var. Hazırda proseslə bağlı inventarlaşdırma işləri aparılır. Layihələndirmə və digər işlər üçün tapşırıq gözləyirik. Nəticə barədə ictimaiyyətə məlumat veriləcək".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə