Modern.az

Azərbaycanda qazlaşma 96,2 % təşkil edir

Azərbaycanda qazlaşma 96,2 % təşkil edir

Aktual

30 Aprel 2021, 13:30

“Azərbaycanda qazlaşma prosesi hər il dövlət proqramına uyğun davam etdirilir. Artıq ölkə üzrə abonent sayı 2 milyon 400 minə çatıb. Ölkədə qazlaşma hazırda 96,2 % təşkil edir”.

Modern.az-ın məlumatına görə, bunu “Azəriqaz” İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyev deyib.

Baş direktorun sözlərinə görə, qazlaşma ölkə başçısının Azərbaycan vətəndaşının rifahı üçün atdığı sosial addımlardan biridir:

“Bu proses hər il mütəmadi davam edir. Azərbaycanda abonentlərin sayı hər il artır. Bu il də 100 minə yaxın abonent artımı gözlənilir”.

İ.Əliyev bildirib ki, bu il dövlət proqramına uyğun olaraq xüsusi təkliflər hazırlanıb və təkliflərin nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə