Bakının 28 May küçəsində yerləşən (“Nizami” kinoteatrının arxasındakı bağla üzbəüz)1908-ci ildə inşa edilmiş memarlıq binasında 2016-cı ildə qanunsuz olaraq artırılan mansardın sökülməsi barədə qərar qəbul edilib.
Modern.az xəbər verir ki, bu barədə çox sayda vətəndaş şikayətləri qeydə alındıqdan sonra Bakı Şəhər İcra Hakimiyyətinin əlaqədar qurumları qanunsuz tikilini sökməyə qərar veriblər.
Meriyadan Modern.az-a fakt təsdiqlənib. Bildirilib ki, hazırda müvafiq qurumlarla birgə söküntü işlərinin aparılmasına başlanılır.
Qeyd edək ki, tarixi bina azərbaycanlı milyonçu Musa Nağıyevin sifarişi ilə tikilmiş bu ev memarlıq abidəsi hesab olunur.