Modern.az

Hava pisləşəcək - XƏBƏRDARLIQ

Hava pisləşəcək - XƏBƏRDARLIQ

Aktual

30 Aprel 2021, 15:24

ETSN Milli Hidrometeorologiya Xidmətinin Modern.az-a verdiyi məlumata görə, Bakıda mayın 1-i gündüz, Abşeron yarımadasında isə mayın 2-si arabir yağış yağacağı, yarımadanın bəzi yerlərində intensivləşəcəyi gözlənilir. 


Azərbaycanın rayonlarında mayın 3-ü gündüzədək qeyri-sabit hava şəraitinin davam edəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, şimal və qərb rayonlarında dolu düşəcəyi gözlənilir. Qərb küləyi  əsəcək, ayrı-ayrı yerlərdə arabir 15-20  m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə