Modern.az

Nazirlik rəsmisindən Azad Rəhimovla bağlı AÇIQLAMA: “Çox xahiş edirəm…”

Nazirlik rəsmisindən Azad Rəhimovla bağlı AÇIQLAMA: “Çox xahiş edirəm…”

Aktual

30 Aprel 2021, 18:04

“Hörmətli media nümayəndələri! Çox xahiş edirəm, Azad müəllimin ailəsindən rəsmi xəbər gəlməyənədək, heç bir informasiyanı paylaşmayın”.


Modern.az
xəbər verir ki, bunu Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova nazir Azad Rəhimovun öldüyü barədə medianın yaydığı xəbərə növbəti dəfə münasibət bildirərkən deyib.

“Mən Azad müəllimin ailəsi ilə bir neçə dəqiqə bundan öncə əlaqə yaratmışam. Vəziyyəti ağır olaraq qalır. Hər hansı bir yenilik olduğu təqdirdə dərhal sizinlə bölüşəcəm. Anlayışınız üçün təşəkkür edirəm!”,- S.Məmmədova əlavə edib.


Xatırladaq ki, Milli Olimpiya Komitəsi bu gün Azad Rəhimovun vəfat etdiyi barədə xəbər yayıb. Komitə nazirin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, Allahdan mərhuma rəhmət diləmişdi. Saytlar da bu xəbəri yayarkən Milli Olimpiya Komitəsinə istinadə etmişdi. 

Amma az sonra Milli Olimpiya Komitəsi Facebook-da yazdığı başsağlığını sildi.

Uzun müddətdir ağciyət xərçəngindən əziyyət çəkən Azad Rəhimov ABŞ-dakı klinikaların birində müalicə alır.

O, Azərbaycan Prezidentinin 7 fevral 2006-cı il tarixli sərəncamı ilə Gənclər və İdman naziri vəzifəsinə təyin edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə