Modern.az

Rusiyadan Avropa İttifaqının 8 vətəndaşına ölkəyə giriş qadağası

Rusiyadan Avropa İttifaqının 8 vətəndaşına ölkəyə giriş qadağası

Aktual

30 Aprel 2021, 21:25

Rəsmi Moskva Avropa İttifaqı (Aİ) ölkələrinin 8 vətəndaşına və rəsmi struktur nümayəndələrinə Rusiyaya gəlməyi qadağan edib.

 

Modern.az “RİA Novosti”yə istinadən xəbər verir ki, “qara siyahı”ya Avropa Parlamentinin rəhbəri David Mariya Sassolinin də adı daxil edilib. Bildirilir ki, bu addım Rusiyanın 6 vətənadaşına Aİ ərazisinə girişin qadağan edilməsindən sonra atılıb.

 

Rusiyanın ölkə ərazisinə girişinə qadağa qoyduğu şəxslər bunlardır:

 

Latviyanın elektron KİV üzrə Milli Şurasının sədri İvars Abolinş,

Latviyanın Dövlət Dili Mərkəzinin direktoru Maris Baltinş,

Fransa nümayəndə heyətinin AŞPA-dakı üzvü Jak Mer,

Berlin prokurorluğunun rəhbəri Royq Raupax,

Avropa Parlamentinin rəhbəri David Sassoli,

İsveç Kimyəvi, Bioloji, Radiasiya və Nüvə Təhlükəsizliyi Laboratoriyasının rəhbəri Ose Skott,

Eston Dili Departamentinin rəhbəri İlmar Tomusk,

Avropa Dəyərləri və Şəffaflıq Komissiyası sədrinin müavini Vera Yurova.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə