Modern.az

Valdes "Barselona"ya qayıdır

Valdes

Aktual

30 Aprel 2021, 21:39

İspaniya "Barselona"sının sabiq qapıçısı Viktor Valdes yenidən Kataloniya təmsilçisinə qayıdır.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, veteran qolkiper klubun təklifini qəbul edib.

 

Məlumata görə, Valdes futbol akademiyasında qapıçılar üzrə məşqçi vəzifəsini yerinə yetirəcək.

 

Qeyd edək ki, 2019-cu ildə "Barselona"nın U-19 komandasının baş məşqçisi olmuş Valdes bu postda cəmi 3 ay qalıb. O, klub rəhbərliyi, xüsusilə də akademiyanın direktoru Patrik Klyuvertlə fikir ayrılığına görə istefa verib.

39 yaşlı keçmiş qolkiper 2000 - 2014-cü illərdə "Barselona"nın əsas komandasının qapısını qoruyub.

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə