Siyəzən rayonunda sex yanıb.
Modern.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadla xəbər verir ki, rayonun Beşdam kəndində, quşçuluq fabrikinin ərazisində ümumi sahəsi 1000 m² olan dəmir konstruksiyalardan ibarət sexin şüşə-pambıqdan ibarət üzlüyü 700 m² sahədə yanıb. Sexin qalan hissəsi və digər sexlər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.