Modern.az

Azərbaycanın qeyri neft-qaz sektoru nə qədər artıb?

Azərbaycanın qeyri neft-qaz sektoru nə qədər artıb?

Aktual

1 May 2021, 09:08

2021-ci ilin I rübündə qeyri neft-qaz sektorunda 2,1 faiz artım qeydə alınıb.

 

Modern.az-ın məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının İdarə heyətinin sədri Elman Rüstəmov deyib.

O qeyd edib ki, beynəlxalq təşkilatlar və reytinq agentlikləri Azərbaycan üzrə iqtisadi aktivliyə dair proqnozlarını yaxşılaşdırıblar:

 

"Ötən ildən başlanan antiböhran tədbirləri və beynəlxalq konyunkturun nisbətən yaxşılaşması iqtisadi aktivliyin tədricən bərpasında özünü göstərməkdədir. Real sektorun monitorinqinə görə martda biznes inam indeksi ticarət, xidmət sektorlarında və qeyri-neft sənayesində artım meyilli olmuşdur. Monitorinq tikintidə məşğulluğun yüksəlməyə meyilli olduğunu göstərir".

                       

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə