Modern.az

Tacikistan və Qırğızıstan prezidentləri danışıqlar apardı

Tacikistan və Qırğızıstan prezidentləri danışıqlar apardı

Aktual

1 May 2021, 12:33

Tacikistan prezidenti Emomali Rahmon və Qırğızıstan prezidenti Sadır Japarov arasında telefon danışığı baş tutub.

 

Modern.az-ın məlumatına görə, bu barədə Tacikistan prezidentinin mətbuat xidməti bildirib.

Qeyd olunur ki, liderlər iki ölkə arasındakı sərhəddə atəşin tam dayandırılmasını və hərbi birləşmələrin geri çəkilməsini müzakirə edib.

Bundan başqa, Qırğızıstan və Tacikistan sərhədinin demarkasiyası və delimitasiyası ilə bağlı hökumətlərarası komissiyanın işə başlaması müzakirə olunub. Bu çərçivədə ilk görüşün mayın 1-də keçirilməsi nəzərdə tutulub.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə