Modern.az

Bakı-London xüsusi reyslərinin başlanma tarixi dəyişib

Bakı-London xüsusi reyslərinin başlanma tarixi dəyişib

Aktual

1 May 2021, 13:01

"Azərbaycan Hava Yolları" aviaşirkəti (AZAL) London şəhərinə reysləri iyun ayından başlayaraq yerinə yetirəcək.



AZAL-ın mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, şirkətin Bakı-London-Bakı marşrutu üzrə xüsusi reyslərinin yerinə yetirilməsinin başlanma tarixi iyun ayının əvvəlinə keçirilir.

Bu tədbir qeyd edilən istiqamətdə uçuşlara tələbatın aşağı səviyyədə olması ilə əlaqədardır.


Daha əvvəl bu istiqamətdə uçuşların may ayından etibarən başlanması nəzərdə tutulmuşdu.

Həmin reyslərə aviabiletlər alan sərnişinlər aviabiletləri başqa tarixə dəyişə və ya cərimə tətbiq edilmədən geri qaytara bilər.

AZAL aviabiletlər www.azal.az saytında onlayn alındığı təqdirdə [email protected] elektron poçtu vasitəsilə aviaşirkətin çağrı mərkəzinə, yaxud aviabiletin alındığı kassaya müraciət etməyi xahiş edir.

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə