Modern.az

Azərbaycanda faktiki hava AÇIQLANDI

Azərbaycanda faktiki hava AÇIQLANDI

Aktual

1 May 2021, 13:28

Respublika ərazisində müşahidə olunan faktiki hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a verilən məlumata görə, mayın 1-i saat 13:00-a olan məlumatına əsasən bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb. 

 

Düşən yağıntının miqdarı Lerik, Lənkəranda 5 mm, Yardımlı, Sədərəkdə 4 mm, Gədəbəy, Ordubad, Ağdərə (Ordubad), Naxçıvanda 3 mm, Neftçala, Şərurda 2 mm, Şahbuz, Daşkəsən, Bərdə, Sabirabad, Cəfərxan, Salyan, Biləsuvar, Astarada 1 mm-dək olub. 

 

 

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraiti mayın 3-ü gündüzədək davam edəcək, gündüz yağıntı tədricən kəsiləcək. Mülayim şimal-şərq küləyi əsəcək.

 

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə