Mayın 1-də rusiyalı deputatlar, ekspertlər və jurnalistlər Ermənistanın işğalından azad olunmuş Ağdam şəhərinə səfər zamanı I Şəhidlər xiyabanını ziyarət ediblər.
Modern.az xəbər verir ki, burada I Qarabağ müharibəsində şəhid olan qəhrəman Vətən övladları, o cümlədən Xocalı soyqırımında öldürülən şəhər sakinlərinin bir hissəsi dəfn edilib.
Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun qəbri də buradadır.
Qonaqlara məlumat verilib ki, ermənilər xislətlərinə uyğun olaraq, Şəhidlər xiyabanındakı qəbirlərin əksəriyyətini qarət məqsədilə qazaraq dağıdıblar.
XXX
Rusiyalı deputat və ekspertlərin Ağdamda İmarət qəbiristanlığını ziyarət ediblər.
Modern.az xəbər verir ki, nümayəndə heyəti Ağdamda Qarabağ xanlarının türbələrinin də yerləşdiyi İmarət qəbiristanlığını ziyarət ediblər.
Xatırladaq ki, nümayəndə heyətinin tərkibinə Rusiya Dövlət Dumasının olan deputatı Oleq Valençuk, Rusiyanın Liberal Demokrat Partiyasının Dövlət Dumasındakı fraksiyası rəhbərinin müşaviri Sergey Voronin, Liberal Demokrat Partiyasının deputatı Sergey Kalaşnikov, “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko, jurnalist, yazıçı və publisist, “Den TV”nin aparıcısı Dionis Kaptar, Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov daxildir.