Pakistan, Əfqanıstanın Loqar vilayətində iftar vaxtı bomba yüklü vasitə ilə həyata keçirilən terror hücumunu şiddətlə qınadığını açıqladı.
Modern.az xaric KİV-ə istinadən xəbər verir ki, dünən baş verən terror hücumunda 30 nəfər həyatını itirib, 90-dan çox insan isə yaralanıb.
Pakistanın Xarici İşlər Nazirliyi tərəfidən edilən açıqlamada Pakistan hökümətinin terror hadisəsində həyatını itirənlərin yaxınlarına baş sağlığı verdiyini, yaralananlara isə tez bir zamanda sağalmaqlarını dilədiyini qeyd edib.
Nəzrin Vahid