Modern.az

Bakıda ana və azyaşlı övladı qəzada xəsarət aldı

Bakıda ana və azyaşlı övladı qəzada xəsarət aldı

Aktual

1 May 2021, 20:53

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, Səbail rayonu, Bayıl qəsəbəsində hərəkətdə olan iki minik avtomobili toqquşub. Daha sonra arxandan gələn daha bir avtomobil onlara çırpılıb.

 

Qəza nəticəsində 1990-cı il təvəllüdlü Hacıyeva Gülşən Türyan qızı və onun 5 yaşlı qızı Ayşən ağır xəsarət alıb.

Ana travmatologiyaya, azyaşlı övladı isə reanimasiya şöbələrinə yerləşdirilib.

 

Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır (apa).

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə