Modern.az

Bakıda mübahisə bıçaqlanma ilə bitdi

Bakıda mübahisə bıçaqlanma ilə bitdi

Aktual

2 May 2021, 00:11

Bakıda bıçaqlanma hadisəsi baş verib.

 

Modern.az-ın məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınıb.

 

1980-ci il təvəllüdlü Şəfiyev Əziz Yaşar oğlu “İnşaatçılar” metrostansiyasının yaxınlığında mübahisə zəminində bıçaqlanıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı onun sol qabırğa nahiyəsində bir ədəd kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb. Yaralı əməliyyat olunub və reanimasiya şöbəsinə yerləşdirilib.

 

Hadisənin təfərrüatı araşdırılır (report).

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə