Modern.az

Daha bir sayğac oğrusu həbs edildi

Daha bir sayğac oğrusu həbs edildi

Aktual

2 May 2021, 11:45

“Azəriqaz” İstehsalat Birliyinin şikayəti əsasında daha bir sayğac oğrusu məsuliyyətə cəlb olunub.

 

Modern.az xəbər verir ki, bu barədə "Azəriqaz” İB-nin yaydığı məlumatda qeyd edilib.

 

Bildirilib ki, 1989-cu il təvəllüdlü Qurbanov Hafiz Kazım oğlu cinayət məcəlləsinin 177-ci maddəsinin tələbləri əsasında cəzalandırılıb. O, Nəsimi rayon məhkəməsinin hökmü ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

 

Bakı Regional Qazın Satışı Departamentinin Hüquq şöbəsinin rəisi Röyal Süleymanov bildirib ki, oğurluq etməklə Birliyə ziyan vurmuş həmin şəxs barəsində məhkəmənin 11 mart 2021-ci il tarixdə qəbul olunan hökmü artıq qanuni qüvvəsini alıb.

 

Onun sözlərinə görə bundan sonra da “Azəriqaz” İB-yə məxsus əmlak oğurlandığı təqdirdə dərhal hüquq-mühafizə orqanlarına müraciət ediləcək.

 

 
 
 
Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə