Modern.az

Bakıda 14 yaşlı yeniyetmənin başına daş piltəsi düşdü

Bakıda 14 yaşlı yeniyetmənin başına daş piltəsi düşdü

Aktual

2 May 2021, 16:14

Bakıda 14 yaşlı yeniyetmənin başına daş piltəsi düşüb.

 

Modern.az-ın məlumatına görə, hadisə Səbail rayonu, Badamdar qəsəbəsi, Rafiq İsgəndərov küçəsində qeydə alınıb.

 

Axşam saatlarında beşmərtəbəli yaşayış binasından daş piltəsi qoparaq həmin binada yaşan 2007-ci il təvəllüdlü Şabanov Əli Mahir oğlunun üzərinə düşüb.

 

Ağır kəllə-beyin travması alan Ş.Əli komaya düşüb.

 

Yeniyetmənin vəziyyətinin son dərəcə ağır olduğu bildirilir. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə