Modern.az

Türkiyə ordusu 44 terrorçunu zərərsizləşdirib

Türkiyə ordusu 44 terrorçunu zərərsizləşdirib

Aktual

2 May 2021, 21:04

Türkiyənin milli müdafiə naziri Hulusi Akar, Baş Qərargah rəisi Yaşar Gülər və Quru Qoşunları Komandanı Ümit Dündarın müşayiəti ilə İraqın şimalındakı hərbi bazanı ziyarət edib.

 

Modern.az-ın "Anadolu"ya istinadən verdiyi məlumata görə, H.Akar bildirib ki, "Pençe-Şimşek" və "Pençe-Yıldırım" əməliyyatları uğurla davam edir.

Onun sözlərinə görə, hazırkı dövrədək əməliyyatlar çərçivəsində 44 terrorçu zərərsizləşdirilib:

"Türkiyə terrorizmin kökünü kəsməyə qadirdir. İraqın şimalında ən qısa zamanda sülh və əmin-amanlıq təmin ediləcək".

 

Qeyd edək ki, "Pençe-Şimşek" və "Pençe-Yıldırım" əməliyyatları aprelin 23-ü başlayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə