Modern.az

Qırğızıstan-Tacikistan müharibəsi başa çatdı - qoşunlar sərhəddən çıxarıldı

Qırğızıstan-Tacikistan müharibəsi başa çatdı - qoşunlar sərhəddən çıxarıldı

Aktual

3 May 2021, 09:30

3 may yerli vaxtla saat 9:30-a üçün Qırğızıstan dövlət sərhədinin Qırğızıstan-Tacikistan hissəsində vəziyyət sabitdir.

 

Modern.az-ın məlumatına görə, bu barədə ölkənin Milli Təhlükəsizlik Dövlət Komitəsinin sərhəd xidmətinin mətbuat xidməti bildirib.

 

Məlumata əsasən, ötən gecə ərzində heç bir insident və atışma qeydə alınmayıb.

 

Sərhəd naryadları Qırğızıstan-Tacikistan dövlət sərhədi boyunca patrul xidməti həyata keçirirlər.

 

Tərəflər əlavə qüvvə və vasitələrin dövlət sərhəd xəttindən öz ərazilərinə qədər çıxarılmasını başa çatdırıblar.

 

Milli Təhlükəsizlik Dövlət Komitəsinin sərhəd xidmətinin sərhəd bölmələri gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə