Modern.az

Ermənilərin törətdiyi soyqırımını dünyaya necə tanıtmalı...

Ermənilərin törətdiyi soyqırımını dünyaya necə tanıtmalı...

Aktual

3 May 2021, 13:21

“Ermənilərin soyqırımı törətdiyi torpaqlar təkcə Arazın şimalında deyil, Türkiyə, Cənubu Azərbaycan və Borçalıda  da belə cinayətlərə əl atıblar. Xüsusilə Osmanlı İmperiyasının süqutuna yaxın törədilən cinayətlər tarixə bir ləkə kimi düşüb və heç vaxt silinməyəcək”.


Bu sözləri Modern.az-a açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan şöbəsinin rəhbəri, şair Sayman Aruz xaricdə yaşayan azərbaycanlıların ermənilərin törətdiyi soyqırımlarna qarşı imza toplamasının vacibliyindən danışarkən deyib.


Onun sözlərinə görə, fars tarixçisi Əhməd Kəsəvinin yazdığı  məlumatda qeyd olunub ki, Urmiya əhalisinin əlli faizi 150 min nəfər idi və bu qədər insan ermənilər tərəfindən soyqırımına məruz qalıb:


“1920-ci ilə qədər olan bu soyqırımları nəticəsində Urmiya, Xoy, Xan, Salmas, Lənkəran, Bakı, Quba, Şəki və Borçalıda milyondan çox azərbaycanlı erməni cinayətinin qurbanı olub.

Bu isə dünyada demokratiya və insan haqları təbliğatı aparan ölkələr üçün nümunə olmalıdır ki, himayə etdikləri emənilər tarix boyu necə soyqırımları törədiblər.

 

Ümumiyyətlə, dünyanın harasında yaşamasından asılı olamayaraq, azərbaycanlılar bu məsələni hər zaman gündəmə gətirməlidir.

Cənubi azərbaycanlılar da bu məsələdən kənarda deyil. İran dövlətinin qarşısında bu məsələ qaldırılır və biz tələb edirik ki, azərbaycanlıların ermənilər tərəfindən soyqırımına məruz qaldığı qanlı-qadalı tarix dünya dövlətləri, o cümlədən İran tərəfindən tanınsın və Ermənistan təcavüzkar bir dövlət kimi öz cinayətlərini boynuna alaraq, Azərbaycan xalqından üzr istəsin.

Dünya cəmiyyətlərinə də dərs olsun ki, artıq  humanistlik təbliğ edən Azərbaycana qarşı bu cür əməllərdən əl çəksinlər”.   


"Borçalı" cəmiyyətinin keçmiş sədri Zəlimxan Məmmədov isə qeyd edib ki,  soyqırımını tanıtmaq üçün  Tarix İnstitu  fəal işləməlidir:


“Bu gün ölkədə fəaliyyət göstərən akademiya və institutların üzərinə böyün vəzifə düşür. Məsələni qaldırmaq üçün tarixi faktlara söykənməliyik. Onlar sübutları ortaya qoymalıdır ki, siyasi  və ictimai  müstəvidə bu problem həllini tapsın”.

Aysel Məhərrrəmova

 

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə