Modern.az

Füzuli hava limanı nə vaxt açılacaq? - VİDEO

Füzuli hava limanı nə vaxt açılacaq? - VİDEO

Aktual

3 May 2021, 15:12

Azərbaycan Televiziyasının “Əsas məsələ” verilişinin növbəti buraxılışı tikilməkdə olan Füzuli hava limanının ərazisindən yayımlanacaq.

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən  məlumata görə, Elnar Məmmədlinin təqdimatında efirə gedəcək verilişdə hava limanının işğalda azad olunmuş bölgələr üçün əhəmiyyəti müzakirə olunub.

Verilişin qonaqları deputat Vüqar Bayramov, siyasi şərhçi Vüqar Zifəroğlu və “Azərbaycan Hava Yolları” QSC-nin nümayəndəsi Valeh Əmiraslanov görülən işlər barədə danışıb.

Verilişdə hava limanının sentyabrda təhvil verilməsinin nəzərdə tutulduğu qeyd edilib.

Bildirilib ki, bu aeroport bütövlükdə bölgədə turizmin və iqtisadiyyatın inkişafına təkan verəcək. Daha ətraflı məlumatı bu axşam – mayın 3-də saat 22:00-da AzTV-də yayımlanacaq “Əsas məsələ” verilişindən əldə edə bilərsiniz.

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə