Modern.az

Azad olunmuş ərazilərdə aşkarlanan minaların sayı AÇIQLANDI

Azad olunmuş ərazilərdə aşkarlanan minaların sayı AÇIQLANDI

Aktual

3 May 2021, 16:56

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı təqdim edib.

 

ANAMA-dan Modern.az-a verilən məlumata görə, aprelin 1-dən 30-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 364, tank əleyhinə 148 mina və 1098 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

 

Nəticədə 2 847 807 m² hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

 

Məlumata görə, ötən ilin noyabrın 10-dan aprelin 30-dək piyada əleyhinə 7 086, tank əleyhinə 3 574 mina və 7 943 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

 

Ümumilikdə 20 280 727 m² hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə