Modern.az

Abşeronda piyadanı maşın vurub öldürdü - FOTO

Abşeronda piyadanı maşın vurub öldürdü - FOTO

Aktual

3 May 2021, 22:14

Abşeron rayonunda Novxanı-Binəqədi yolunda ağır yol qəzası baş verib.

 

Modern.az xəbər verir ki, hadisə “Praqa” restoranının qarşısında qeydə alınıb.

 

Quliyev Təyyar Hümbət oğlu idarə etdiyi “Ford” markalı avtomobillə yolu keçən, təxminən 45-50 yaşlı kişini vurub. 

Piyada hadisə yerində ölüb.

 

Sürücü Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb (apa).

 
 
 
 
 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə