Modern.az

Şəhid zabitimiz dəfn olunub - FOTO

Şəhid zabitimiz dəfn olunub - FOTO

Aktual

3 May 2021, 23:27

Səkkiz ay sonra nəşi tapılan qəhrəman şəhidimiz - leytenant Yusifov Əli Süləddin oğlunun nəşi Naxçıvan Beynəlxalq Hava Limanında qarşılandıqdan sonra doğulduğu Şərur rayonuna yola salınıb.

 

Modern.az xəbər verir ki, Əli Yusifov Şərur Şəhidlər Xiyabanında dəfn edilib. Mərasimdə şəhidin doğmaları, ictimaiyyət nümayəndələri, hərbçilər, rayon rəhbərliyi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üzvləri iştirak edib.

 

Qeyd edək ki, həyata keçirilən istintaq-əməliyyat tədbirlərinin nəticəsində itkin düşmüş hərbçimizin - leytenant Yusifov Əli Süləddin oğlunun şəxsiyyəti müəyyənləşdirilərək meyitinin aidiyyəti üzrə verilməsi təmin olunub (report).

 

Allah rəhmət eləsin!

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə