Bakıda piyadaların xəsarət almaları ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Modern.az xəbər verir ki, hadisə Yasamal rayonunda qeydə alınıb.
Belə ki, 2014-cü il təvəllüdlü Məmmədli Aysel Cavid qızı və 2015-ci il təvəllüdlü Məmmədli Həvva Cavid qızını avtomobil vurub.
Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb (report).