Modern.az

Qaydaları pozan piyadalar cərimələndi

Qaydaları pozan piyadalar cərimələndi

Aktual

4 May 2021, 10:47

Yol hərəkətinin təhlükəsizliyinin təmini, xüsusilə də yollarda piyadaların həyat və sağlamlığının qorunması məqsədilə Dövlət Yol Polisi (DYP) əməkdaşları tərəfindən reydlər davam etdirilir.

 

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan Modern.az-a verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin DYP Bölməsinin əməkdaşları tərəfindən bu istiqamətdə piyadaların daha sıx istifadə etdiyi yollarda, təhsil, tibb və digər müəssisələrin qarşısında təşkil olunan reydlər zamanı mövcud piyada keçidlərindən istifadə etməyən piyadalar saxlanılaraq, onlarla maarifləndirici söhbətlər aparılıb.

 

Həyat və sağlamlıqlarının qorunması üçün qaydalara riayət etmələrinin vacibliyi izah edilib. Edilən xəbərdarlıqlara rəğmən piyada keçidlərindən istifadə etməməklə özlərinin həyatı ilə bərabər digər hərəkət iştirakçıları üçün real təhlükə yaradan piydalar barəsində inzibati protokol tərtib olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə