Modern.az

Azərbaycanda hərbçilərlə bağlı yeni qanun layihəsi hazırlanır

Azərbaycanda hərbçilərlə bağlı yeni qanun layihəsi hazırlanır

Aktual

4 May 2021, 11:57

“Hərbi qulluqçuların statusu haqqında” yeni qanun layihəsi hazırlanır”.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclis deputatı Müşfiq Cəfərov parlamentin bu gün keçirilən plenar iclasında çıxış edərkən deyib.

 

O bildirib ki, qanunun 2.2-ci bəndinə dəyişikliklər edilməlidir: “Mən təklifimi parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinə şifahi olaarq bildirdim. Mənə dedilər ki, hazırda “Hərbi qulluqçuların statusu haqqında” yeni qanun layihəsi hazırlanır”.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə