Modern.az

Hay kilsəsinin xisləti... - III YAZI

Hay kilsəsinin xisləti... - III YAZI

7 May 2021, 11:18

Bütöv Azərbaycan dövlətçiliyinə arxadan, xəyanətkarcasına zərbə vuran və kökənli müsəlman-türk əhalisinə-etnik qruplarına qarşı soyqırım faciələrinin təşkilatçısı-əsas qüvvəsi mürtəce hay kilsəsi olmuşdur, yarandığı tarix boyunca. Bu dindən uzaq, ancaq terror fəaliyətinin ideya yaradıcısı və həyata keçirən bu qurumun bütün keşişlərinin yerli, regional və beynəlxalq fəaliyyətləri (nizami, mütəşəkkil şəbəkə halında) məhz bütün mənalarda müsəlman-türk dünyasına qarşı yönəlmişdir. Onların  bir üzvü də  V Nerses Aştaraketsi (1770-1857) olmuşdur.


Onun imansız həyatı və şeytani əməlləri barədə bir az ətraflı.


Azərbaycan xalqının maddi və mənəvi abidəsi olan “Kitabi-Dədə Qorqud dastanı”nda (VII əsr) şər əməllərin ayaması kimi qəbul edilən keşişlərdən V Nerses Qərbi Azərbaycanın Qaçaq çayının sağ hissəsində yerləşən qədim Qalakənd (haylar adı dəyişib Aştarak qoyublar).


Şər-şeytan ocağında  və Ü(İ)çmüəzzin şəhərində 8 il iblis ruhunda böyüyən, Karpat dağları bölgələrində, Volqa və Dunayboyu vilayətlərdə keşişlik edən Nersesin 1814-cü ildən etibarən Tiflis şəhərində əsas diqqəti hərbi-siyasi fəaliyyətə yönəlmişdir. Nəticədə bu şəhərdə 1824-cü ildə yaratdığı məktəbdə əsasən daşnak ruhlu silahlı-nizami dəstələrin yaradılması başlıca məqsəd olmuş, mürtəce-iblis niyyətlərini həyata keçirmək naminə Rusiyanın siyasi-hərbi dairələri, hakimiyyət nümayəndələri ilə (xüsusilə çar Rusiyasının Qafqazda canişini və səfiri A.P.Yermolovla (1777-1861), 1826-1828-ci illərdə Rus-İran, 1828-1829-cu illərdə Rus-Türk müharibələrində Ordu, 1828-1831-ci illərdə Əlahiddə Qafqaz Korpusu komandanı, general-feldmarşal İ.F.Paskeviçlə (1782-1856) və Qafqaz Korpusunun qərargah rəisi, general A.İ.Krasnovcki (1781-1843) ilə...) sıx əlaqələr  yarada bilmişdir.


Çar Rusiyasının bu dövrdə Qafqaz canişi ilə sıx “dostluq, qardaşlıq və mehribanlıq” əlaqələrini yarada bilməklə göstərdiyi səylər boş  olmamış, bu yolla silahlı və könüllü hay dəstələrinin də qatıldığı Rus-İran müharibəsinin (1826) başlanmasına rəvac verilmişdir. Bu hay keşişi soydaşlarına müraciət edərək çar ordusunun maddi və mənəvi təminatında yaxından iştirak etməyə çağırmışdır. Müharibəyə özü də qatılmış və 13 aprel 1827-ci ildə çar qoşun bölmələrinin tərkibində Ü(İ)çmüəzzin şəhərinə daxil olarkən soydaşları onları əllərində xaç və kilsə zəngləri tutmaqla qarşılamışdır. Həmin ilin iyun-iyul aylarında general A.İ.Krasnovskinin (1781-1843) 5 minlik süvari-topçu dəstəsinin tərkibində doğulduğu kəndə hücum edən V Nerses müsəlman-türk əhalisinin  amansız qətliamında da iştirak etmişdir.


Qədim türk-müsəlman İrəvan qalasının alınmasında Rus-Hay qüvvələri birlikdə iştirak etdikdən sonra, çar I Nikolay Pavloviçin (1796-1855) razılığı və qraf İ.F.Paskeviçin əmri ilə 6 oktyabr 1827-ci ildə yaradılan “Erməni” vilayətini idarə edənlər  sırasında hay keşişi V Nerses də olub.


Eləcə də müharibə nəticəsində 40 000 hay ailəsi Cənubi Azərbaycandan Qarabağ, Zəngəzur və Göyçə mahallarına köçürülmüşdür.


Xidmətləri və sədaqəti nəzərə alınaraq V Nerses əməlindən qalmamış (xislətindən usanmamış) və “Rusiyada erməni apostol kilsəsinin idarə edilməsinin vəziyyəti barədə” Fərmanını (11 mart 1936-cı ildə) qəbul etdirmiş, onun icrası nəticəsində Cənubi Qafqaz, ilk növbədə Azərbaycanın sərhədləri hüdudlarında olan qədim Alban məbədlərinin “erməni” kilsəsi adı altında hayların ixtiyarına verilməsinə nail olmuşdur.


Özləri üçün uğurlu hərbi-siyasi fəaliyyəti nəzərə alınaraq V Nerses müqəddəs Aleksandar Nevski ordeni ilə təltif edilmiş, 1843-cü ildə bütün hay sürüsünün 123-cü baş keşişi seçilmişdir...


Qismət  Yunusoğlu,
Bakı Dövlət Universitetinin müəllimi (050.372.60.08.)

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır