Modern.az

Hazırda nə qədər azərbaycanlı legioner yaşayır?..

Hazırda nə qədər azərbaycanlı legioner yaşayır?..

9 May 2021, 11:44

Bu gün 9 May Qələbə günüdür. 9 May keçmiş sovet respublikalarında faşizm üzərində Qələbə günü kimi qeyd olunur.

 

Qələbə günü postsovet ölkələri və ikinci dünya müharibəsində iştirak etmiş digər dövlətlərdə özünəməxsus şəkildə keçirilir.
İkinci Dünya müharibəsində həm ön, həm də arxa cəbhədə qəhrəmanlıq göstərən minlərlə insanlarımız olub. Onların bir hissəsi müharibədə həlak olub, digər bir hissəsi isə veteran olaraq geri qayıdıblar.

Dövlət 1941-1945-ci il müharibəsinin iştirakçılarına və onların dul qalmış həyat yoldaşlarına yardım göstərir, bayram günlərində birdəfəlik pul dəstəyi də göstərir.

Müharibədə veteranlarla yanaşı, legioner kimi vuruşan, Almaniya qoşunlarının sıralarına qoşulanlar da var. Baltikyanı ölkələrdə onlara Sovet ordusunun sıralarında vuruşan şəxslərlə eyni imtiyazlar verilir.

Maraqlıdır, bəs Azərbaycanda nə qədər legioner var? Onlara hansı yardımlar göstərilir?

Tarix üzrə elmlər doktoru, professor Mais Əmrahov Modern.az-a 1941-1945-ci illər müəyyən məqsədlərlə hadisələrin gedişində, döyüş əməliyyatlarında əsir düşən müharibə iştirakçılarına legionerlər adlandırıldığını bildirib:

“Əsir düşən legionerləri Almaniya hökümətinə aparıblar, onları qrup və dəstə halında formalaşdırıblar. Bu qrup və ya dəstələri də legion adlandırıblar. Orada işirak edənləri də legioner. Bütün xalqalrla yanaşı Azərbaycandan da legionerlər olub. Təxmini sayı 70 mindən-150 min arasında oub. “Aslan”, Dönməz”, “Vətən” legionları mövcud olub. Bu legionlar ayrı-ayrı alman komandirlərinin
rəhbərliyi altında müxtəlif cəbhələrdə sovet qoşunlarına qarşı döyüşüblər. Lakin legionerlərin əksəriyyəti digər Fransa və İngiltərə cəbhələrinə göndərilib. Legionerlərin qayıtmasıtarixdə problemli məsələdir”.

 M.Əmrahov azərbaycanlılardan ibarət olan legionların böyük əksəriyyətinin Türküstan legionuna daxil olduğunu qeyd edib:

“1942-ci ildə Stalinqrad ətrafında döyüşdə almanlar məğlub olduqdan sonra yavaş-yavaş legionerlərin sayı azalmağa başladı. Bununla yanaşı onların hökümətə qarşı nifrətləri də çoxalmışdı. Buna görə də qələbə qazandıqdan sonra alman höküməti legionerləri ölkələrinə, digərlərinin bir hissəsi isə SSRİ təhvil verildi. Onlar SSRi -də uzun müddət təqiblərə məruz qalıb, repressiya olundular. Çox az bir hissəsi realibitasiya olundu. Digər bir hissəsi isə Türkiyə ərazisinə keçdilər, ora da qalaraq, dünyalarını da dəyişdilər.

Tarixçi Azərbaycanda Almaniya ordusunun sıralarında vuruşan şəxslərlə 1941-1945-ci illərdə Sovet Ordusu sıralarında vuruşan şəxslər arasında ciddi fərqqoyulduğunu, legionerlərə heç bir imtiyaz və sosial dəstəyin verilmədiyinixatırladıb.

“Buna görə də bizim ölkəmizdə legionerlərin sayı çox azdı. Onlar üçün müavinat da planlaşdırılmayıb. Bu vaxta qədər də verilməyib. Prezidentin fərmanında konkret hansı kateqoriyadan olanlara müavinatların veriləcəyi
göstərilib və verilir də...” .

Mais Əmrahov Almaniyanın təqib və deportasiyaya məruz qoyduğu bir sıra xarici ölkə vətəndaşlarına kompensasiya ödədiyini xatırladıb. Onun fikrincə, Almaniyanın hərbi təcavüzündən zərər çəkmiş azərbaycanlılar bunun üçün kompensasiya tələb edə bilər.

“Bir sıra dünya dövlətlərində İkinci Dünya müharibəsi zamanı təqiblərə məruz qalmış, həlak olmuş insanlara Almaniya höküməti kompensasiya ödəyir. Lakin Azərbaycanlılara isə ödənilməsi haqqında hələ ki, bir məsələ qalxmayıb. Bu dövlətlərarası səviyyədə müzakirə edilərək, qərar qəbul olunmalıdır. Belə bir məsələ hələ ki yoxdur. Lakin İkinci Dünya müharibəsi iştirakçılarının böyük
əksəriyyəti həyatda  yoxdur. Onların ailələri, oğlanları və yaxuddakı nəvələri bugün də yaşayırlar. Dövlət bu məsələləri qaldırsa həmin ailələrə müainatlarverilməlidir. Müavinətlərin hansı formada müəyyənləşdirilib, verilməsini
gələcək göstərəcək”.

Nəzrin Vahid

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?