Modern.az

Lavrov İlham Əliyevlə görüşdə: "Qorxuram nəyisə unudum"

Lavrov İlham Əliyevlə görüşdə:

Aktual

11 May 2021, 00:58

"Ümidvaram ki, bu gün və sabah Xarici İşlər Nazirliyində aparılacaq danışıqlarda biz Rusiya Federasiyasının Prezidenti ilə Sizin razılaşmalarınızın maksimum vicdanlı və dəqiq şəkildə yerinə yetirilməsi üçün ikitərəfli münasibətlərimiz çərçivəsində yaranan bütün məsələləri ətraflı müzakirə edə biləcəyik, Dağlıq Qarabağda və onun ətrafında münaqişədən sonrakı vəziyyətin nizamlanması prosesləri barədə fikir mübadiləsi aparacağıq".

  

Modern.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Prezident İlham Əliyevlə görüşündə bildirib.

 

"Yeri gəlmişkən, bərpa işlərində, planlaşdırılmış proqramlarda bizim şirkətlərin iştirakını hərtərəfli təşviq etməyə hazır olacağıq. Əlbəttə, daha geniş regional məsələlər, Xəzərin hüquqi statusu barədə Konvensiyanı imzalamağa imkan vermiş qərarlar əsasında Xəzər problemləri barədə fikir mübadiləsi aparacağıq. Bundan əlavə, bizim BMT-də, ATƏT-də, Avropa Şurasında, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında birgə fəaliyyətimiz çox genişdir. Qorxuram nəyisə unudum, amma Sizə, hazırda Qoşulmama Hərəkatında sədrlik edən dövlətin başçısı kimi bizim bu qurumda müşahidəçi statusu almaq barədə sifarişimizi dəstəklədiyinizə görə ayrıca minnətdarlığımı bildirmək istərdim".

 

 

Prezident İlham Əliyev də öz növbəsində Qoşulmama Hərəkatında Rusiyanın müşahidəçi statusu mövzusuna toxunub:

 

"Mənim fikrimcə, tamamilə təbii olardı ki, Rusiya bu statusu bizim sədrliyimiz dövründə alsın. Biz də öz tərəfimizdən nə mümkündürsə edəcəyik ki, məhz belə olsun. Buna görə bir daha sağ olun".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar