Modern.az

“Türk Hava Yolları” Tel-Əvivə uçuşları dayandırdı

“Türk Hava Yolları” Tel-Əvivə uçuşları dayandırdı

Aktual

14 May 2021, 21:23

Qəzza sektorunda davam edən gərginliklə bağlı “Türk Hava Yolları” aviaşirkətinin Tel-Əviv səfərləri müvəqqəti təxirə salınıb.

 

Modern.az xəbər verir ki, bu barədə şirkətin rəsmi internet səhifəsində bildirilib.

 

Məlumata əsasən, İstanbulun yeni hava limanından bu günə Tel-Əvivə nəzərdə tutulan bütün reyslər təhlükəsizlik tədbirləri məqsədilə təxirə salınıb. Mayın 15 və 16-na olan reyslərə olan bilet satışları isə dayandırılıb.

 

Qeyd edək ki, təhlükəsizlik tədbirləri məqsədilə dünyanın bir çox hava yolu şirkəti bu istiqamətdə səfərlərin müvəqqəti dayandırılması ilə bağlı qərar qəbul edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır