Çinin şimal-qərbində Qansu şəhərində keçirilən dağ marafonu zamanı hava şəraitinin kəskin pisləşməsinə görə ölənlərin sayı 21-ə çatıb.
Modern.az bildirir ki, bu barədə RİA Novosti xəbər yayıb.
Çinli xilasedicilər yarış iştirakçılarının axtarışlarına davam edirlər.
Qeyd edək ki, sözü gedən 100 km-lik kros yarışı şənbə günü səhər Baiyin şəhəri yaxınlığında başlayıb.