Modern.az

Xırdalan bazarında gənc oğlan öldürüldü

Xırdalan bazarında gənc oğlan öldürüldü

Aktual

30 May 2021, 23:24

Xırdalan şəhərinin Qalubiyyə küçəsində qətl hadisəsi törədilib.

 

Modern.az "Qafqazinfo"ya istinadla xəbər verir ki, hadisə Xırdalan bazarı ərazisində baş verib. Öldürülən şəxsin üzərindən heç bir sənəd çıxmasa da, tanıyanlar onun Sərdar adlı gənc olduğunu bildirib. Həmin şəxsin bazarda satıcı işlədiyi məlum olub.

 

Hazırda hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

 
Məlumata görə, ölən şəxs boğazı kəsilərək qətlə yetirilib. 
 

Faktla bağlı araşdırma aparılır.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə