Modern.az

Azərbaycan Çinin planlarında hansı yeri tutur? - ŞƏRH

Azərbaycan Çinin planlarında hansı yeri tutur? - ŞƏRH

7 İyun 2021, 15:36

Dünyanın siyasi gündəmi Amerika, Çin və Rusiya arasında gedib-gəlməyə davam edir. Koronavirusdan sonra da dünyanın siyasi gündəminin dəyişməyəcəyi aydın görünür.

Çin keçmiş illərdəki xarici siyasətindən fərqli olaraq, yeni coğrafi ərazilər kəşf etməyə çalışır. Hazırda Çin və Azərbaycan coğrafi baxımdan bir-birindən uzaq məsafədə olsa da, son illər beynəlxalq əlaqələrdə yaxınlıq var.  Bəs Azərbaycan Çinin yeni dünya planlarında hansı yeri tutur, iki ölkə arasında əlaqələr necə davam edəcək?


Mövzu ilə bağlı politoloq Elman Vəliyev Modern.az-a danışıb.

 

Onun sözlərinə görə, Çinin yeni dünya planında Azərbaycan xüsusi yer tutur:

 

“Çin Xalq Respublikasının Prezidenti Şi Cinping 2013-cü ildə "Bir ipək bir yol" adlı layihə irəli sürmüşdü. Bu layihə marşrutu Avropa, Afrikadan keçərək Asiyaya getməyi planlaşdırırdı. Marşrut 2016-cı ildə Ukrayna-Gürcüstan-Azərbaycan-Qazağıstan-Çin səpkisində irəliləməyə başladı, ancaq bir müddətdən sonra dayandı. Çinin bu layihəsində Azərbaycan çox mühüm yer tutur. Səbəbi isə Azərbaycanın strateji mövqeyinin buna şərait yaratmasıdır. Yəni Gürcüstan-Türkiyə marşrutu Azərbaycan vasitəsilə hərəkət edə bilər. İyunun 2-də Çin Prezidenti Şi Cinping Azərbaycanın dövlər başçısı İlham Əliyevə zəng edərək, bu layihəni müzakirə etdilər. Danışıqlarda 2022-ci ildə iki ölkə arasında diplomatik münasibətlərin yaradılmasının 30 illiyinin qeyd olunması da yer alıb”.


Elman Vəliyev qeyd edib ki,  görünən odur ki, yaxın vaxtlarda Azərbaycan bu layihəyə daha irəli addım atacaq:

“Bu layihəni Cinping təklif edəndə bəzi dövlətlər, xüsusilə Mərkəzi Asiya müsbət qarşılamışdı. Amma Çin 7 ildi bu layihəni reallaşdıra bilmir. Layihənin ərsəyə gəlməsi üçün olduqca böyük maliyyə lazımdır. Afrika tərəfinin bu layihəyə ayıracaq o qədər də vəsaiti yoxdur. Avropanın bir hissəsi isə bu layihəyə soyuq yanaşmışdı. Mərkəzi Asiya isə heç öz problemlərini həll edə bilmir. Belə baxsaq, bu işdə yardım edəcək Türkiyə, Azərbaycan, İran qalır. Layihənin məqsədi “Böyük ipək yolu”nunun yenidən bərpası məqsədini güdür. Çin dəmir yolu, maşın yolu, dəniz yolu - nə mümkünsə şəbəkələri genişləndirmək, asılılıq statistikasını gücləndirməyə səy göstərir. Digər bir məsələ isə Çinin hegemonluğunu artırmasıdır. Görürük ki, bölgədə Rusiya, Türkiyə, ABŞ, İran, Fransa qarşıdurmaları yaşanan zaman Çin “saman altından iş”  görür. Diplomatik yolla hansısa işlər həyata keçirir.
Bəs Şərqi Türküstandakı Uyğur türklərinə qarşısı olanlara niyə səssiz dayanırlar? Çünki Çin əvvəlcədən tədbirini görüb. Həmin Türk dövlətləri Çinə bir xeyli pul borcludur, yəni Çin illərdi öz siyasətini "iqtisadi monopoliya" yaratmağa yönəldib”.

 

Aysel Məhərrəm

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir