Modern.az

Bərdənin 3 min illik yubileyinə hazırlıq gedir

Bərdənin 3 min illik yubileyinə hazırlıq gedir

9 Fevral 2010, 17:47

Bu gün Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev Bərdədə olub. Rayona səfəri çərçivəsində nazir bir sıra tarixi obyektlərə baş çəkib. Nazirin səfəri zamanı Bərdədən seçilən millət vəkili Zahid Oruc da rayonda olub. Deputat Modern.az saytına bildirib ki, nazirlə birgə “Cümə” məscidi, “Nüşabə Qalası” və bir sıra tarixi yerlərə baş çəkiblər: “Təxminən 20-25 yerdə olduq. Rayonda aparılan arxeoloji qazıntı yerlərinə də baş çəkdik. Dövlət səviyyəsində Bərdə şəhərinin 3 min illik yubileyi keçiriləcək. Nazir bu yubileyə hazırlıqla bağlı müəyyən tövsiyyələrini verdi”.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail cavab verəcəyini ELAN ETDİ - İranda qorxu var...