Arxiv
11 İyun 2021, 14:29 | MƏDƏNİYYƏT
Şuşadan Şərq dünyasına havalansın Xanın səsi...

Xalq artisti, görkəmli xanəndə Xan Şuşinskinin 120 illiyinə həsr olunmuş “Şuşadan Şərq dünyasına havalansın Xanın səsi...” adlı onlayn konfrans keçirilib.


Modern.az
 xəbər verir ki, tədbir Mədəniyyət Nazirliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, TÜRKSOY, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təşkilatçılığı ilə keçirilib. Konfransın təşkilinə “Xan Şuşinski” Fondu, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB, “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İB, “Nəfəs” İctimai Birliyi, Dünya Gənc Türk Yazarlar Birliyi, ADPU Quba filialı dəstək verib.


Konfransı giriş sözü ilə Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva açıb. Komitə sədri sənətkarın Azərbaycan mədəniyyətindəki yeri və mövqeyi haqqında ətraflı çıxış edib: “Çox şadıq ki, Xan Şuşinskinin bu ilki yubileyi Şuşada, Qarabağda tarixi zəfərimizin sevinci, fərəh və qüruru içində keçirilir. Şuşanın Mədəniyyət Paytaxtı statusu artıq rəsmiləşib. Xan əmi Şuşalıdır, Şuşanın Xan əminin babaları qurub – bunlar tarixi faktlardır. Ona görə də, Şuşa ilə bağlı hər uğurun böyük sənətkarın ruhunu şad etdiyinə inanırıq. Fürsətdən istifadə edib, sənətkarlarımızın ruhunu şad edən tarixi uğurlara görə şəhidlərimizin ruhuna şükranlığımızı bildirirəm. Həm tarixi zəfərə, həm də mədəni irsə yüksək və örnək münasibətə görə ali dövlət rəhbərliyimizə də, Siz mötəbər konfrans iştirakçılarımızın hüzurunda bir daha minnətdarlığımızı bildirirəm”.


Komitə sədri vurğulayıb ki, Xan Şuşinskinin şəxsiyyəti və sənətkarlığı, ifadə etdiyi bir çox anlamlar baxımından örnək təşkil edir. Şuşada bu gün bayrağımız dalğalanır, Şuşa Mədəniyyət paytaxtımızdır və bizim orada şəkillənmiş mədəni irsimiz ermənilər tərəfindən hər nə qədər dağıdılıbsa da, Şuşa və şuşalılar qürurunu itirməyib. Dövlətimizin, Heydər Əliyev Fondunun Şuşada yüksək keyfiyyət və sürətlə həyata keçirdiyi unikal, zövqlü təmir-bərpa işləri Xan əminin, haqq dünyasında olan bütün böyüklərimizin ruhunu şad edir: “Bildiyiniz kimi, bu il 120 illik yubileyi olan sənətkar hələ 16 yaşında olarkən ustadı İslam Abdullayevlə birgə iştirak etdiyi bir məclisdə təbrizli xanəndə Əbdülhəsən Xanın üslubu, yolu ilə “Kürd-Şahnaz” muğamını ifa edib. Bu ifa o qədər heyrətamiz tərzdə gözəl olub ki, müəllimi ona “Xan Şuşinski” adını verib.


XX yüzilin 20-ci illərdə Xan əmi mədəniyyət paytaxtımızdan ictimai-siyasi paytaxtımıza gələrək öz ifaçılıq fəaliyyətini genişləndirib. Xanın repertuarında “Mahur–Hindi”, “Bayatı-Qacar”, “Qatar” dəsgahları, “Qarabağ şikəstəsi”, “Arazbarı”, “Heyratı” zərbi muğamları ilə yanaşı, xalq mahnıları və təsniflər böyük yer tutub. Xan Şuşinski xalq mahnılarını xüsusi bir şövqlə oxuyub, onlara yeni çalarlar qatıb. 1934-cü ildə Xan Şuşinski Tiflis şəhərində keçirilən “Zaqafqaziya xalqlarının I İncəsənət Olimpiadası”nda böyük uğur qazanaraq, baş mükafata layiq görülüb. Xan Şuşinski 1960-cı ildə Azərbaycan Dövlət Filarmoniyasının nəznində “Muğam studiyası” yaradaraq, burada gənc xanəndələrə muğamın sirrlərini öyrədib. Sənətkar həmçinin Azərbaycan Dövlət Musiqi Məktəbində dərs deyib, muğam ifaçılarının yeni nəslinin formalaşdırılmasında yaxından iştirak edib”.


Qeyd edilib ki, onun “Qəmərim”, “Şuşanın dağları” mahnıları dillər əzbəri olub. Xan Şuşinski öz yaradıcılığında bəstəkar mahnılarına da müraciət edib. Bu mənada Üzeyir bəy Hacıbəylinin “Qara göz” mahnısının ilk ifaçısı olduğunu və mahnını yüksək zövqlə oxuyaraq yaşatdığını deməliyik.


Onlayn konfransın aparıcısı, Milli Məclisin Mədəniyyət Komitəsinin eksperti Əkbər Qoşalı Xan nəslinə - Cavanşirlər xanədanına mənsub olan İsfəndiyar Aslan oğlu Cavanşirə şəcərə mənsubiyyəti ilə xan titulu daşımağın nəsib olmamasına baxmayaraq, onun muğamat dünyasının Xanı – sənətkarların, sənətsevərlərin Xan əmisi olduğunu vurğulayıb, ürək sözlərini bölüşüb.


Mədəniyyət Nazirliyinin İncəsənət şöbəsinin müdiri Fərəh Acalova Xan Şuşinski irsinə dövlət qayğısından söz açıb, konkret faktlara istinad edib.


Nazirlik rəsmisi xatırladıb ki, sənətkarın 100 illik yubileyi dövlət səviyyəsində təntənə ilə ümumrespublika miqyasında keçirilib.


TÜRKSOY-un Baş katibi Düsen Kaseinov Azərbaycan mədəniyyət-incəsənət xadimlərinin, sənət ustadlarının TÜRKSOY xətti ilə qeyd olunan və planlaşdırılan yubileyləri haqqında danışıb, Xan Şuşinskinin 120 illik yubileyinin də TÜRKSOY-un təşkilatçılığı ilə Ankarada keçirilməsinin nəzərdə tutulduğunu konfrans iştirakçılarının diqqətinə çatdırıb.


Ardınca Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun rəhbəri Günay Əfəndiyeva çıxış edib: “Xan əminin səsi, onun haqqında danışılanlar, yazılanlar mənim üçün çox doğmadır. Bu mövzuda saatlarla danışa bilərəm; ona görə də öncədən hazırlanmış çıxış mətni masamın üzərində olsa da, ondan istifadə etməyə ehtiyac duymuram. Xan əmidən danışınca neçə başqa sənətkarımızın da adı yada düşür: sənətkarın ustadı İslam Abdullayev, Təbrizli Əbdülhəsən Xan, yenə ustadları Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski, “havalansın Xanın səsi” misrası dillər əzbəri olan Səməd Vurğun, Pənahəli xan nəsli... Əlbəttə, Şuşa və muğamatın özü... Mən çox şadam ki, bizim Fondun da iştirakı ilə belə bir onlayn tədbir keçirilir. İnanırıq ki, pandemiya ilə bağlı uyğun şərait yetişincə sənətkarın doğma şəhəri Şuşada, Bakıda da yubiley tədbirləri keçirmək nəsibimiz olar. Hər kəsə uğurlar diləyirəm”.


Beynəlxalq Muğam Mərkəzinin direktoru, Xalq artisti Murad Hüseynov, filologiya üzrə fəlsəfə doktoru, şair-publisist Gülhüseyn Kazımlı, Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin rəhbəri Arzu Bağırova, “Nəfəs” İctimai Birliyinin sədri Firəngiz Balakişiyeva çıxış edərək, Xan Şuşinski yaradıcılığını Azərbaycan muğam ifaçılığının özünəməxsus zirvəsi kimi xarakterizə edib. Onun sənətinin şəxsiyyətini, şəxsiyyətininsə sənətini tamamladığı vurğulanıb.


Çıxışlarda qeyd olunub ki, səsə, sözə möhür vurulmaz amma Xan Şuşinski səsə, sözə möhür vuran sənətkardır.


Çıxışçılar hələ sağlığında ustad kimi tanınan, dərin el məhəbbəti ilə Xan əmi çağrılan Xalq artistinin yubiley tədbirində söz söyləməyin şərəfli və məsuliyyətli olduğunu bildirib. Bildirilib ki, bizim çağdaşımız olan bir çox sənətkarlar Xan əminin yetirməsi olub; ustadı həyatda görməyənlər belə onun lent yazılarından, haqqında yazılan, danışılan və çəkilənlərdən təsirlənib, öyrənib.


Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin rəhbəri Arzu Bağırova bildirib ki, sənətkarın 120 illik yubileyə töhfə olsun deyə, onun haqqında yazılmış – ailəsinin uyğun bildiyi bir kitabı nəşr etməyi öz üzərinə götürür.


Xalq artisti Nəzakət Teymurova Xan Şuşinski repertuarından “Şuşanın dağları başı dumanlı”, Xalq artisti Mənsum İbrahimov “Qarabağ şikəstəsi”, “Qaçaq Nəbi” mahnılarını oxuyaraq, onlayn tədbirə xüsusi rəng qatıb. Tədbirdə ustad yubilyarın ifasının lent yazıları da səsləndirilib.


“Xan Şuşinski” Fondunun sədri, Xan Şuşinskinin qızı Bəyimxanım Verdiyeva-Cavanşirova onlayn tədbirin təşkilində əməyi olan bütün qurumlara və çıxışçılara ailə adından təşəkkür edib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Şamaxıda zəlzələ oldu 21 İyun 2021, 00:59 Simonyanın uşaqları türkləri öldürməyə çağırdı - VİDEO 21 İyun 2021, 00:52 Bakıda piyadanı maşın vurub öldürdü 21 İyun 2021, 00:41 Köçəryanın bloku İrəvanda liderlik edir 21 İyun 2021, 00:27 Ermənistanda seçki pozuntuları barədə prokurorluqdan açıqlama 21 İyun 2021, 00:20 Zuber Bakıda Altıntopun rekordunu yenilədi 21 İyun 2021, 00:06 17 yaşlı qız məzun gecəsində bıçaqlandı 20 İyun 2021, 23:53 Batmaqda olan 11 nəfər xilas edildi 20 İyun 2021, 23:42 Ermənistanda seçkilərin ilkin nəticələri AÇIQLANDI 20 İyun 2021, 23:27 Türkiyədə daha 63 nəfər virusdan öldü 20 İyun 2021, 23:13 Formula 1 üzrə Fransa Qran Prisinin qalibi müəyyənləşdi 20 İyun 2021, 22:59 Paşinyanın partiyası liderlik edir - YENİLƏNİB 20 İyun 2021, 22:46 ABŞ Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır 20 İyun 2021, 22:39 Şenol Günəşi istefaya çağırdılar 20 İyun 2021, 22:26 Teymur Rəcəbov səkkizinci oldu 20 İyun 2021, 22:10 Türkiyə millisi yenə uduzdu 20 İyun 2021, 21:55 Azərbaycan millisi Avropa çempionu oldu 20 İyun 2021, 21:48 Gəncədə piyadanı maşın vurdu 20 İyun 2021, 21:37 Bakıda yol qəzası - xəsarət alanlar var 20 İyun 2021, 21:21 Cüdoçularımız Avropa kubokunda 3 medal qazandı 20 İyun 2021, 21:04 "Ermənistan qonşularına ərazi iddialarını dayandırmalıdır" - Çavuşoğlu 20 İyun 2021, 20:50 Van Damm Azərbaycan milli rəqsini oynamağı öyrənir – VİDEO 20 İyun 2021, 20:34 Ermənistanda səsvermə başa çatıb 20 İyun 2021, 20:20 İsraildə Ermənistan əleyhinə aksiya keçirildi - FOTO 20 İyun 2021, 20:13 Bakıda Türkiyə-İsveçrə matçı başladı 20 İyun 2021, 20:01 Dövlət qulluğu və doktoranturaya bugünkü qəbul imtahanları başa çatdı 20 İyun 2021, 18:08 Kənd müəllimindən unikal addım - Təhsilsiz valideynlərə dərs keçəcək 20 İyun 2021, 17:58 FİFA prezidenti Bakıya gəlir 20 İyun 2021, 17:44 Tovuzda qəza: iki minik avtomobili toqquşdu 20 İyun 2021, 17:30 İranda təyyarə qəzası: ölənlər var 20 İyun 2021, 17:19 Bakıda mağaza yandı 20 İyun 2021, 17:08 XİN rəhbərindən sərhəd məsələsinin üçün YENİ TƏKLİF 20 İyun 2021, 16:59 Bakıdakı toz dumanı normadan beş dəfə çox artdı 20 İyun 2021, 16:51 Ceyhun Bayramov Şuşa Bəyannaməsindən danışdı: "Uzun illər danışılacaq" 20 İyun 2021, 16:43 Vaksinasiyadan keçənlərin bu günkü statistikası 20 İyun 2021, 16:30
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?