Modern.az

Qubada itkin düşən kişinin meyiti kanalda tapıldı

Qubada itkin düşən kişinin meyiti kanalda tapıldı

Aktual

14 İyun 2021, 13:13

Gecə saatlarında Samur-Abşeron kanalının Şabran rayonundan tapılan naməlum kişi meyitinin şəxsiyyəti məlum olub.

 

Modern.az-ın əldə etdiyi məlumata görə, meyitin bir neçə gün əvvəl itkin düşən, 54 yaşlı Quba sakini Əlişan Tağı oğlu Fətiyevə məxsus olması ehtimal edilir. Onun hansı şəraitdə kanala düşməsi məlum deyil.

 

Faktı Şabran rayon prokurorluğu araşdırır.

 

Aytəkin ALXASLI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi