Modern.az

Gürcüstanda azərbaycanlı kişi həyat yoldaşını qətlə yetirib

Gürcüstanda azərbaycanlı kişi həyat yoldaşını qətlə yetirib

15 İyun 2021, 16:42

Gürcüstanın Bolnisi rayonunun azərbaycanlıların yaşadığı Naxiduri (Arıxlı) kəndində qətl hadisəsi olub.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, məsələ ilə bağlı Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

 

İstintaqla müəyyən edilib ki, iyunun 12-də 1971-ci il təvəllüdlü R.M. adlı şəxs mübahisə zəminində 40 yaşlı həyat yoldaşına fiziki təzyiq göstərib və nəticədə qadın huşunu itirib. O, xəstəxanaya çatdırılana qədər dünyasını dəyişib. Qətli törədən şəxs isə “isti izlər”lə saxlanılıb.

 

Faktla bağlı ailə üzvünə ölümlə nəticələnən qəsdən ağır xəsarətlər yetirmə maddəsi üzrə istintaq aparılır. Saxlanılan şəxsi 6 ildən 9 ilədək həbs cəsazı gözləyir.

 

Fidan İlqar

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir